Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada “Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi (FOTO)

Qubada “Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi (FOTO)

Tarix: 3 Iyul 2020 11:18

Bakı. Samir Əli - Trend:

Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.

Qubada “Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi (FOTO) - Gallery Image Qubada “Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi (FOTO) - Gallery Image Qubada “Son zəng” şənliyi keçirən müəllim və valideynlər cərimələndi (FOTO) - Gallery Image


Etiketlər:  Qubada zəng şənliyi keçirən müəllim valideynlər cərimələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ