Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilçilik İnstitutunun işçisi koronavirusa yoluxdu

Dilçilik İnstitutunun işçisi koronavirusa yoluxdu

Tarix: 3 Iyul 2020 17:10

AMEA Nəsimi adına Dilçilik İnstitutu COVİD-19-a yoluxan işçisi - filologiya elmləri doktoru İdris Abbasovla bağlı açıqlama verib.

İnstitutdan Sonxeber.net-a verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov iyulun 1-də saat 12:30-da institutda olub. İş prosesi zamanı İdris Abbasov əməkdaşlarla görüşüb, səhhətinin normal olduğunu bildirib.

2 iyulda özünün şəxsi "Facebook" səhifəsində status yazan İdris Abbasov səhhətində müəyyən problemlərin olduğunu ictimailəşdirib. Dərhal institut direktoru akademik Möhsün Nağısoylu və elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli İdris Abbasovla telefon əlaqəsi yaradıblar. O isə heç bir köməyə ehtiyacı olmadığını, vəziyyətinin hələlik normal olduğunu diqqətə çatdırıb.

Bu gün isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli saat 10.45-də şöbə müdiri İdris Abbasovla telefonla danışmış, onun səhhəti ilə xüsusi olaraq maraqlanmışdır. İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindəndir.

AMEA rəhbərliyi İdris Abbasova hər cür maddi və mənəvi kömək göstəriləcəyini bildirir.


Etiketlər:  Dilçilik İnstitutunun işçisi koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ