Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 09:30
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bu gün Bakıda Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının növbəti 110-cu sessiyası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iki gün davam edəcək mötəbər tədbirin Bakıda keçirilməsi barədə qərar təşkilatın İcraiyyə Şurasının İspaniya Krallığının San-Sebastian şəhərində 23-25 may tarixində keçirilən 108-ci sessiyasında verilib.
Sözügedən sessiyanın Bakıda keçirilməsi Azərbaycan ilə Ümumdünya Turizm Təşkilatı arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın dünya ölkələri arasında imicinin daha da artırılması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
40-dan artıq ölkədən tədbirə təşrif buyuracaq dövlət rəsmiləri və digər qonaqlar ölkəmizin turizm imkanları və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbul etmə prosesində fəal iştirak edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin