Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 17:34
Xəstəlik üçün orta ölüm yaşı 62 olsa da, son vaxtlar gənclərdə və yanaşı xəstəliyi olmayan insanlarda da ölüm halları baş verir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, xəstəliyi artıq ailələr şəklində ağır keçirildiyi müşahidə edilir.
R.Bayramlı əlavə edib ki, ölkədə ümumi yoluxmanın 55,1 faizi Bakının payına düşür.
Onun sözlərinə görə, son günlərdə Bakının Nəsimi rayonunda yoluxma hallarında artım müşahidə edilir.
R.Bayramlı qeyd edib ki, karantin rejiminə əməl olunmaması nəticəsində gün ərzində aparılan testlərin nəticəsinin müsbət olma göstəricisi 11 faizə yüksəlib.
R.Bayramlı yas yerlərində kütləvi yoluxmaların baş verdiyini söyləyib.