Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 10:00
Bakı. Trend:
Hinditsanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib.
Trend-in məlumatına görə, tətil edənlərin tələbi tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir.
Məlumata görə, tətilə ayrı-ayrı ştatlardan tibb heyəti qoşulub, yalnız Maxaraştra ştatında tətilə qoşulanların sayının 4,5 min nəfər olduğu bildirilir.
Tətil təşkil edənlər bu gün ölkədə yalnız təcili tibbi yardıma ehtiyacı olanalar üçün xidmət göstəriləcəyini bildiriblər, xəstəxanalarda isə ümumilikdə iş dayandırılıb.
Tətilə səbəb isə 1 həftə öncə Kəlküttə xəstəxanalarından birində həkimlərin döyülməsi olub. Belə ki, xəstəxanada dünyasını dəyişmiş yaşlı bir şəxsin doğmaları həkimlərdən narazı olduqlarını bildirərək onları döyüblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin