Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa tutulan baş redaktor sağalaraq evə buraxıldı

Koronavirusa tutulan baş redaktor sağalaraq evə buraxıldı

Tarix: 3 Iyul 2020 19:22

Bakı. Trend:

"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.

Trend-in məlumatına görə, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib ki, o, koronavirusdan sağalaraq evə buraxılıb:

“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”.

Qeyd edək ki, İ.Quliyev iyunun 22-də sosial şəbəkə hesabında koronavirusa ailə üzvləri ilə birlikdə infeksiyasına yoluxduğunu bildirmişdi.


Etiketlər:  Koronavirusa tutulan baş redaktor sağalaraq evə buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ