Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib

Tarix: 3 Iyul 2020 19:30

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümumdünya Elm və Mədəniyyət Akademiyası ilə tərəfdaşlıq çərçivəsində Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib.

Mərkəzdən Trend-ə bildirilib ki, konfransın açılışı Bosniya və Herseqovina Prezidentliyi Rəyasət Heyətinin Sədri, Şefik Caferoviç video mesajı ilə başlayıb.

“Hazırkı pandemiya şəraiti multilateral təşkilatların əhəmiyyətini zəruri edir. Bu baxımdan mən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunu xüsusi vurğulamaq istəyirəm... Mərkəz istər pandemiya kimi təxirəsalınmaz vəziyyətlər, istərsə də iqlim dəyişikliyi kimi davamlı məsələlərin həlli ilə bağlı insanlar və regionlar arasında koordinasiya baxımından əvəzsiz xidmət göstərir”- deyə cənab Caferoviç Mərkəzə təşəkkür edib.

Veb-konfransa Ümumdünya Elm və Mədəniyyət Akademiyasının Prezidenti Garri Ceykobs moderatorluq edib.

Onlayn konfrans zamanı Rumıniyanın sabiq baş naziri və Parlamentin Spikeri Petre Roman, BMT-nin Cenevrədəki nümayəndəliyinin baş direktoru, İsveçrənin Beynəlxalq Əlaqələr Forumunun vitse-prezidenti David Çikvaidze, Çexiyanın sabiq baş naziri Yan Fişer, Mavriki Respublikasının sabiq Prezidenti Amina Gurib-Fakim, Xorvtiyanın sabiq prezidenti İvo Yosipoviç, Afina İqtisadiyyat və Biznes Universitetinin professoru Fibi Kunduri, Yaşıl Xaç Beynəlxalq Təşkilatının sabiq prezidenti Aleksandr Likhotal, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov çıxış ediblər.

İştirakçılar qloballaşmış dünyada dövlətlər arasında multilateralizmin əhəmiyyətini vurğulayaraq pandemiya şəraitində dövlətlər arasındakı əməkdaşlığın vacibliyi barəsində müzakirələr aparıblar. Rövşən Muradov görüş iştirakçılarına təşəkkürünü bildirib.


Etiketlər:  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ