Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Koronavirus mutasiya nəticəsində aqressivləşməyib

ÜST: Koronavirus mutasiya nəticəsində aqressivləşməyib

Tarix: 3 Iyul 2020 22:44

Bakı. Trend:

Yeni növ koronavirus (COVİD-19) mutasiya nəticəsində aqressivləşməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerkxove deyib.

Onun sözlərinə görə, bütün dünyanın alimləri koronavirusun 50 mindən çox olan genomunun zəncirlərini izləyirlər. Fevralda D614G mutasiyası tapılıb. Bu mutasiya ilk dövrlərdə Avropa, Meksika, Braziliya və Çinin Uhan şəhərində aşkar edilib. D614G mutasiyası koronavirus nümunələrinin təxminən 29 faizində var: "Lakin bunun xəstəliyin daha ağır formada keçməsinə səbəb olmasına dair heç bir sübut yoxdur".

Mariya van Kerkxove qeyd edib ki, ÜST-də koronavirusun mutasiyası məsələsi üzrə işçi qrupu yaradılıb. Onun sözlərinə görə, mutasiyalar belə viruslarda normal dəyişikliklərdir: "Pandemiya inkişaf etdikcə dəyişikliklərin baş verəcəyi gözlənilir".


Etiketlər:  ÜST Koronavirus mutasiya nəticəsində aqressivləşməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ