Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''da ağır itki

''Milan''da ağır itki

Tarix: 5 Iyul 2020 02:32

"Milan" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya klubunun yarımmüdafiəçisi Samuel Kastilyexo zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ispaniyalı futbolçunun A Seriyasının 29-cu turu çərçivəsində baş tutan SPAL-la oyunda (2:2) zədələndiyi diqqətə çatdırılıb.

Sağ ayağından zədələnən 25 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Amma dəqiq bərpa müddəti açıqlanmır.

2018-ci ildən "Milan"ın formasını geyinən Kastilyexo, bu mövsüm A Seriyasında 20 oyuna çıxıb, 1 qol vurub.

Milli.Az


Etiketlər:  Milanda ağır itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ