Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin üçüncü Ay tutulması sona çatıb

İlin üçüncü Ay tutulması sona çatıb

Tarix: 5 Iyul 2020 10:28

Bakı. Trend:

Bu ilin üçüncü yarımkölgəli Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 09:52 sona çatıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, tutulma maksimumu Bakı vaxtı ilə saat 08:31 müşahidə olunub.

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünüb.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.


Etiketlər:  İlin üçüncü Ay tutulması sona çatıb


RƏYLƏR