Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Luşemburqu koronavirusa yoluxdu

Luşemburqu koronavirusa yoluxdu

Tarix: 5 Iyul 2020 13:52

Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.

Milli.Az Qol.az-a istinadən bildirir ki, bu barədə təcrübəli mütəxəssisin özü videomüraciətində açıqlama verib. O bildirib ki, testinin cavabı iyulun 3-də bəlli olub. Nəticə müsbət çıxdıqdan dərhal sonra Luşemburqu hazırda rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən azad edilib. 68 yaşında ikən o, yüksək risk qrupuna şamil olunur.

Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.

Qeyd edək ki, Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.

Milli.Az


Etiketlər:  Luşemburqu koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ