Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 13:32
Bakı. Trend:
Böyük Britaniyada koronavirusa qarşı hazırlanmaqda olan vaksin gələcək pandemiyalarla da səmərəli mübarizə apara biləcək.
Trend-in məlumatına görə, bunu London İmperial Kollecinin professoru Robin Şattok deyib.
O, yeni vaksinin hazırlanması texnologiyasını universal adlandırıb. Digər sözlə, bu vaksini gələcəkdə digər epidemiyalara uyğunlaşdıra və onlarla mübarizədə istifadə etmək olar.
Yeni texnologiya bir neçə həftə ərzində milyonlarla doza vaksin hazırlamağa imkan verəcək. Digər nümunələrdən fərqli olaraq bu vaksin sintetik yolla hazırlanır. Professorun sözlərinə görə, əzələdaxili inyeksiyadan sonra bu preparat RNT-ni gücləndirir və orqanizmin infeksiyaya reaksiyasını stimullaşdırır.
Həmin vaksininin test nümunələrinin avqustun ortalarınadək hazır olacağı gözlənilir.