Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 15:08
"Mançester Yunayted" futbolçusu Nemanya Matiçlə yeni müqavilə imzalayıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçinin sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Yunayted"da çıxış edən 32 yaşlı futbolçu daha əvvəl İngiltərədə "Çelsi", Portuqaliyada "Benfika" və Niderlandda "Vitess" klublarının şərəfini qoruyub. O, Slovakiya və Serbiyada da çıxış edib.