Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb

Tarix: 6 Iyul 2020 15:10

Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 iyul 2020-ci il tarixində Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

Bu barədə Sonxeber.net-a "Azərsu" ASC-dən məlumat verilib.

Gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


Etiketlər:  Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilməsi dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ