Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 14:36
"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted"lə oyunu buraxacaq.
Qol.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola məlumat verib. O, ölkə çempionatının 35-ci "Tottenhem"lə matçda (1:0) zədələnən belçikalı yarımüdafiəçinin derbiyə kimi hazır olmayacağını bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Mançester Siti" görüşü sabah keçiriləcək.