Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallıda karantin rejimini pozan şəxslər aşkarlandı - FOTO

Masallıda karantin rejimini pozan şəxslər aşkarlandı - FOTO

Tarix: 7 Iyul 2020 12:26

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb. Obyektə baxış zamanı orada olan çay evinin icarədarı Kənan Mirzəxanlı və müştərilərin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Etiketlər:  Masallıda karantin rejimini pozan şəxslər aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ