Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qətldə təqsirləndirilən Azərbaycan çempionunun həbs müddəti uzadıldı

Qətldə təqsirləndirilən Azərbaycan çempionunun həbs müddəti uzadıldı

Tarix: 8 Iyul 2020 13:18

Bakı. Samir Əli - Trend:

Ukraynada qətl törətməkdə təqsirləndirilərək Bakıda saxlanılan idman ustası Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend-in məlumatına görə, Nərimanov rayon məhkəməsi bu barədə istintaq orqanının təqdimata baxıb. Məhkəmə təqdimatı təmin edib və Y. Həsənovun barəsində seçilən həbs qətimkan tədbirini daha 3 ay uzadıb.

Xatırladaq ki, Y. Həsənov 2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən "Dolma" restoranında Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirərək ölkəni tərk edib. Y. Həsənov barəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq axtarışa verilib. O Bakıda saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Y. Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub.

Həsənov dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.


Etiketlər:  Qətldə təqsirləndirilən Azərbaycan çempionunun həbs müddəti uzadıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ