Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO)

AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO)

Tarix: 8 Iyul 2020 23:04

Bakı. Trend:

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırmışdır.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO) - Gallery Image AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO) - Gallery Image AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO) - Gallery Image AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO) - Gallery Image AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO) - Gallery Image


Etiketlər:  AZAL Dubaydan çarter reysi yerinə yetirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ