Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike "Nou Kamp"a velosipedlə getdi - Video

Pike

Tarix: 9 Iyul 2020 11:54

"Barselona"nın futbolçusu Jerar Pike La Liqada 35-ci turun "Espanyol"la matçının keçirildiyi "Nou Kamp" stadionuna getmək üçün fərqli üsuldan istifadə edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi stadiona velosipedlə gedib. O, arenanın girişində jurnalistlərdən yayınmaq üçün yeraltı keçiddən istifadə edib.

Qeyd edək ki, sözügedən qarşılaşmada Kataloniya klubu minimal hesabla qalib gəlib- 1:0.


 


Etiketlər:  Pike Nou Kampa velosipedlə getdi Video


RƏYLƏR