Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

Tarix: 9 Iyul 2020 14:10

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti cari ilin yanvar ayında fəaliyyətə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin bu bu e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.

İlk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi "Əmək müqaviləsi bildirişi" altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.

Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Milli.Az


Etiketlər:  120 min şəxsə elektron qaydada fərdi hesab açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ