Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 16:20
Türkiyə Super Liqasında yeni mövsümün başlayacağı tarix məlum olub.
Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Qərara əsasən, 2020/21 mövsümünə sentyabrın 11-də start veriləcək və 2021-ci il mayın 16-da yekun vurulacaq. Bununla əlaqədar yay transfer dövrü avqustun 4-dən sentyabrın 5-dək davam edəcək.
Super Liqa klubları 2020/21 mövsümündə maksimum 14 legionerlə müqavilə bağlaya biləcəklər. Onlardan biri 1 yanvar 1996-cı il və sonra doğulan futbolçulardan olacaq və yalnız 8-i start heyətdə yer alacaq. Bundan başqa matçın 21 nəfərlik iştirak ərizəsində aşağı yaş qruplarından yetişmiş 1 yanvar 1998-ci il və sonra anadan olmuş bir oyunçunun olması tələbi qoyulacaq.
2021/22 mövsümündə legioner sayı maksimum 12, onlardan ən azı biri 1 yanvar 1998-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 7-si, aşağı yaş qrupundan isə 1 yanvar 2020-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.
2022/23 mövsümündə legioner sayı maksimum 10, onlardan ən azı biri 1 yanvar 2000-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 6-sı, aşağı yaş qrupundan isə 1 yanvar 2022-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.