Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib - VİDEO

Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib - VİDEO

Tarix: 9 Iyul 2020 20:12

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, verilmiş tapşırığa uyğun olaraq, bu gün Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Gün ərzində görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb.

Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.


Etiketlər:  Böyük Şor gölünün faizi çirkabdan təmizlənib VİDEO


RƏYLƏR