Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 12:56
Bakı. Samir Əli - Trend:
Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.
Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Artıq gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.
Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin əksəriyyətitəmizlənib. Gölün yaxın günlərdə tam olaraq çirkabdan təmizlənməsi nəzərdə tutulub.