Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib

Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib

Tarix: 10 Iyul 2020 13:24

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə koronavirusun yayılması ilə əlaqədar ictimai məkanlarda, xüsusilə də marketlərdə nəzarət tədbirləri gücləndirilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar verib.

Yeni qaydalara əsasən, bütün marketlərdə nazirliyin bir əməkdaşı olacaq və əhalini COVID-19 barədə məlumatlandıracaq.

Bundan başqa, market əməkdaşları uniformaları hər gün dəyişməli olacaq. Marketlərdə ara məsafə iki metrdən dörd metrədək artırılıb.

Qeyd edək ki, bugünədək Türkiyədə koronavirusa yoluxanların sayı 209 min nəfərə yaxındır, 5 282 nəfər isə virusun qurbanı olub.


Etiketlər:  Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib


RƏYLƏR