Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

Tarix: 10 Iyul 2020 16:56

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

 


Etiketlər:  AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ