Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

Tarix: 10 Iyul 2020 18:28

İyul ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Artıq Bakı şəhəri üzrə bu ayın pensiyaları ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.

Ayın 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənilməsi nəzərdə tutulub.

İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin olunacaq.

Milli.Az


Etiketlər:  Bakı üzrə iyul ayının pensiyaları ödənildi


RƏYLƏR