Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur - Aparat rəhbəri

Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur - Aparat rəhbəri

Tarix: 10 Iyul 2020 18:30

Bakı. Samir Əli - Trend:

İşlədiyi yerdən asılı olaraq tibb işçiləri üçün xüsusi geyimlərin istifadə qaydaları fərqlidir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur: "Koronavirus xəstələrinin müalicə aldığı tibb müəssisəsində olan personal maksimum xüsusi geyimlə vaxtında təmin edilir. Poliklinikada çalışanlarla koronavirus xəstələri ilə işləyən tibb personalı eyni deyil".


Etiketlər:  Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur Aparat rəhbəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ