Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 18:48
Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: "Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı sülhməramlılarımız arasında bir hərbçimizdə virus aşkarlanmışdı, o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb.
Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".