Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 09:56
Bakı. Trend:
Venesuelada koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejimi daha 1 ay müddətinə uzadılıb.
Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib.
Bununla da ölkədə fövqəladə vəziyyət dördüncü dəfə uzadılıb. Venesuelada fövqəladə vəziyyət martın 13-də elan edilmişdi. Rejim azı avqustun 10-dək davam edəcək.
Ötən sutka ərzində Venesuelada 431 yeni yoluxma, 3 ölüm qeydə alınıb. Bu günədək yoluxanların sayı 8 803, ölənlərin sayı isə 83 nəfərə çatıb.