Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 11:44
Bakı. Trend:
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Trend xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 44,17 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.