Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 15:16
Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik xəstəxananın hasarı uçub.
Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Uçma nəticəsində xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb.
Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.