Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 03:12
Bakı. Trend:
Futbaol üzrə İtaliya çempionatının 32-ci turunda "Milan" və "Napoli" komandaları qarşılaşıb.
Trend-in məlumatına görə, oyun 2:2 hesabı ilə başa çatıb.
"Milan" tərəfindən qolları Teo Ernandes (20-ci dəqiqə) və Frank Kessye (71-ci dəqiqə, penalti), "Napoli" tərəfindən isə Covanni Di Lorenso (34-cü dəqiqə) və Dris Mertens (60-cı dəqiqə) vurublar. Oyunun 88-ci dəqiqəsində birinci sarı vərəqəsini üç dəqiqə əvvəl alan "Milan"ın yarımmüdafiəçisi Aleksis Salemakers ikincisini aldığı üçün meydançadan kənarlaşdırılıb.
"Milan" İtaliya futbol çempionatının turnir cədvəlində 32 oyundan 50 topladığı xalla 7-ci yerdədir. "Napoli" 32 oyunda topladığı 52 xalla 6-cı yerdə qərarlaşıb ki, bu da kluba Avropa Liqasının seçmə mərhələsində oynamağa imkan verəcəkdir.
Növbəti turda "Milan" öz meydançasında "Parma" ilə, "Napoli" isə qonaq olaraq "Boloniya" ilə oynayaçaqlar. Hər iki görüş 15 iyulda keçiriləcək.