Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 08:08
Bakı. Trend:
Leysan yağışlarının davam etdiyi geniş ərazilərdə sel, torpaq sürüşməsi və geniş miqyaslı dağıntılara səbəb olan Yaponiyada ən azı 72 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat verib.
Ən azı 13 nəfərin itkin düşdüyü bildirilir. Əsas zərbə Kumamoto prefekturasına düşdü - orada ən az 64 nəfər həlak olub.
Prefekturaya Yaponiyanın Baş naziri Şinzo Abe baş çəkib. O, ölkə hakimiyyətinin fəlakətdən zərər çəkmiş bölgələrin sürətlə bərpası üçün lazım olan hər şeyi edəcəyini söz verib.
Ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 20 mindən çox əsgərinin qoşulduğu fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.