Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN başçısı: “Ermənistan ağlını başına toplasın”

Türkiyə XİN başçısı: “Ermənistan ağlını başına toplasın”

Tarix: 13 Iyul 2020 14:57

Ermənistan ağlını başına toplasın, Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycana hər cür dəstək verməyə davam edəcək.

Qeyd edək ki dünən Türkiyə XİN bəyanat yayaraq qeyd edib ki, Ermənistanın hücumunun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur.
Bəyanatda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumunu sərt şəkildə pisləyir:

"Ermənistanın millətçilik anlayışının daha bir təzahürünün Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur".

Xarici İşlər Nazirliyi erməni tərəfinin belə təhlükəli taktikalardan əl çəkməli və düşüncəli və qanuni yol seçməli olduğunu vurğulayıb.

"Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək", - Türkiyə XİN açıqlamasında qeyd olunub.


Etiketlər:  Türkiyə XİN başçısı Ermənistan ağlını başına toplasın


RƏYLƏR