Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MN düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlara münasibət bildirdi

MN düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlara münasibət bildirdi

Tarix: 13 Iyul 2020 16:28

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır: "Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".


Etiketlər:  düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlara münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ