Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Tarix: 13 Iyul 2020 17:12

Bakı. Trend:

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil edib.

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO) - Gallery Image


Etiketlər:  AZAL Kubalı həkimləri Bakıya çatdırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ