Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 10:48
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol açıb.
Trend-in məlumatına görə, yağışların Ağrı vilayətində yatadığı sel nəticəsində 7 nəfər itkin düşüb. Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı isə 5 nəfər çatıb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.
Məlumata görə, sel yol və kənd təsərrüfatına da ciddi ziyan vurub.
Qeyd edək ki, sonuncu dəfə Ankarada aramsız yağan yağışlar nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin