Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 01:40
Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 2019-cu ildə Azərbaycanda 1 yaşadək 1557 uşaq dünyasını dəyişib.
2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq, 2017-cı ildə 1700 uşaq, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər dünyasını dəyişib.
Ötən il dünyasını dəyişən 1 yaşadək uşaqların 953-ü oğlan, 604-ü qızdır.
1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1002 (2018-ci ildə 1001, 2017-ci ildə 1028, 2016-cı ildə 1090 uşaq) körpə dünyasını dəyişib.
Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 153 (2018-ci ildə 140, 2017-ci ildə 235, 2016-cı ildə 173 körpə) uşaq ölüb.
Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 149 (2018-ci ildə 147, 2017-ci ildə 155, 2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 7 (2018-ci ildə 12, 2017-ci ildə 12, 2016-cı ildə 7) körpə dünyasını dəyişib.