Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 15:34
Bakı. Samir Əli – Trend:
Azərbaycan Ordusunun Erməni Silahlı Qüvvələrinə layiqli cavabı düşmən ordusunda çaxnaşma yaradıb.
Trend-in məlumatına görə, artıq erməni ordusunda hərbçilər postları tərk etməyə başlayıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə erməni əsgərlərinin səngərlərdən qaçdığı müşahidə edilir. Düşmən tərəf artıq məcburiyyət qarşısında qalıb geri çəkilir. Ermənistan rəhbərliyi əsgərlərin fərariliyinə mane olmaq üçün əraziyə polis qüvvələri cəlb edib. Polis səngərləri atıb qaçan əsgərləri geri qaytarmaq üçün onlara yalvarsa da, hərbçilər təkidlə postlardan imtina edir, ölmək istəmədiklərini bildirirlər.
Azərbaycan Ordusunun güclü cavab atəşi düşmən ölkənin hərbçilərini qorxuya salıb. Yayılan videogörüntülərdə erməni əsgərlərinin geri qaçdığı və buna görə polislərlə qarşıdurma yarandığı aydın görünür.