Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 23:45
Rusiyada yaşayan azərbaycanlı repçi 27 yaşlı Aleksandr Əliyev son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuz hərbçilərimizlə bağlı paylaşım edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Hörmətli izləyicilər, çox təəssüf ki, Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlar yenidən başlayıb, nəticədə gənc əsgərlər və yüksək rütbəli zabitlər həlak olub.
Analar oğulsuz qalıb. Qadınlar ərsiz. Uşaqlar atasız qalıb.
Münaqişələr nəticəsində insanların ölümü mənim üçün ağrılıdır. Müharibəyə, istənilən aqressiyaya qarşıyam. Mən istəyirəm ki, hər bir insanın sülh şəraitində xoşbəxt həyat sürmək imkanı olsun!
Mənim paylaşımımın nəyisə dəyişəcəyi az inandırıcıdır, ancaq mən baş verənlərlə bağlı mövqeyimi paylaşmaya bilməzdim.
Mən azərbaycanlıyam və bununla fəxr edirəm. Sizin kimi mən də Vətənimi sevirəm. Susmaq çətindir. Hazırda baş verənlər mənim üçün ağrılıdır.
Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!"