Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 17:52
Bakı. Trend:
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, istər nəqliyyat vasitəsilə, istərsə də piyada hərəkət edən vətəndaşlar polis əməkdaşları tərəfindən planşet vasitəsilə yoxlanılır. Həmçinin, sakinlərlə profilaktik söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılır.
Müvafiq icazələri olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən şəxslər aşkarlandıqda onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnirlər.