Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da təcili görüş - Qərar...

''Barselona''da təcili görüş - Qərar...

Tarix: 18 Iyul 2020 01:02

"Barselona"nın prezidenti Jozep Bartomeu klubun baş məşqçisi Kike Setyenlə təcili görüş keçirib.

Qol.az "AS"a istinadən xəbər verir ki, görüş zamanı klub rəhbərinin La Liqada qalib olmaq şanslarını itirmələrinə baxmayaraq, 61 yaşlı mütəxəssisi dəstəklədiyini bildirib.

Kataloniya təmsilçisinin bu mövsümün sonuna kimi Setyeni istefaya göndərməyi planlaşdırmadığı vurğulanıb. Bu isə o deməkdir ki, o, Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab görüşündə də komandanın başında olacaq.

Vəziyyətin yalnız Setyenin özü ayrılmaq istəyəcəyi təqdirdə, dəyişə biləcəyi qeyd olunub.

 


Etiketlər:  Barselonada təcili görüş Qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ