Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNİSEF: Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur

UNİSEF: Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur

Tarix: 19 Iyun 2019 16:21

Bakı. Trend:

Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin qısa müddət ərzində artması region ölkələri ilə müqayisədə fenomenal uğur sayılır.

Trend-in məlumatına görə, bunu UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransında deyib.

P.Soobrayan bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir. Son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici 2018-ci ildə 75 faizə bərabər olub. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib:

“Ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir”.

Qeyd edək ki, növbəti illərdə məktəbəhazırlığa cəlb edilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.

Bununla yanaşı, təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilib, UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb.

Beynəlxalq təcrübəyə əsaslanan bu layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı uşağı əhatə etməklə həyata keçirilməkdədir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  UNİSEF Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ