Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 14:21
Dünən Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək!", "Karabakh is Azerbaijan!" plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.
Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.
Qətərdə yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş təşkil ediblər.