Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bürclər



Xərçəng
22 İyun - 23 İyul

Yüksələn bürc proqnozu

Sizin ən diqqətə çarpan xüsusiyyətləriniz arasında romantizm, mərhəmət, həssaslıq və sədaqət nəzərə çarpır. Sanki gözyaşlarını axıtmağa hazır bir insansınız. Son dərəcə qoruma instinktiylə davranırsınız. Sevdiyiniz insanların hər şeyi ilə maraqlanarsınız. Bəzən bu marağınız qarşı tərəfi bezdirəcək ölçülərə çıxa bilər. Sizin üçün sevgi, ailə, ata və ana çox əhəmiyyətlidir. Buna rəğmən maddi güvən içində olmağı da istəyirsiniz. Sizə evinizdən, ailənizdən və vətəninizdən uzaqlaşmaq son dərəcə çətindir. Ən gözə dəyən şey sizdəki güvən əskikliyidir. Yenə də cəsarətinizi yığıb qazanacağınızdan əmin olduğunuz sahələrdə böyük bir coşğu ilə davrana bilərsiniz. Əslində çalışqan və girişkən bir insansınız. Amma bir az təlaşlı olduğunuzdan diqqətsiz davrana bilirsiniz. Şən və canlı bir vəziyyətdəykən birdən bir səbəb olmadan qaraqabaq və incik biri ola bilərsiniz. Bu sırada ağılınıza bir şey gəlmiş və ya birinin əhəmiyyətsiz bir sözünü ürəyinizə salmış ola bilərsiniz. Sizi bir insan, fikir və ya mövzu çəkə bilər və tutduğunuz şeyi əsla buraxmaq istəməzsiniz. Köhnəliyə və qaydalara bağlısınız. Tam bir kolleksiyaçı kimisiniz. Yığıcı, toplayıcı və mühafizəkar. Bərəkətli olduğunuzdan pul darlığı çəkməyiniz nadir olar. Digər insanlara özünə inamlı biri olaraq görünürsünüz. Amma, əslində utancaq və içinizə dönük birisiniz. Bir səhv vəziyyətdə günahı dərhal öz üzərinizə ala bilərsiniz. İnsanların bəyəndiyi üçün deyil sanki bir qüsurları varmış kimi baxdıqlarını düşünərsiniz. Çox dəfə başqa insanların sizə qarşı haqsızlıq etdiyini qəbul edərsiniz. Kömək görməmək sizin ən böyük şikayətinizdir. Buna əlavədən tutqunluq və qaraqabaqlıq da sizin maskanızdır. Sevdikləriniz və yaxınlarınızın dərd və problemləri sizi dərindən üzər. Bu mövzularda həddindən artıq mərhəmətli olmağınız istismar edilə bilər. Hissləriniz son dərəcə güclüdür. Sizdən nə gözlənildiyini bilərsiniz. Xəyal qurmaqda və xülyalara dalmaqda tərəddüd etməzsiniz. Xəyallarınızı gerçəkmiş kimi qəbul edərsiniz. Sizin üçün əlaqədə romantizm əhəmiyyətlidir. Tək qalmaqdan qorxduğunuz üçün yanınızda birinin olması çox əhəmiyyətlidir. Olduğunuz mühitə tez və asan uyğunlaşma təmin edə bilərsiniz. Yengəc Yüksələn sizə orta və ya qısa bir boy verər. Yüzünüz yuvarlaq xəttlidir və solğundur. Saçlarınız incə tellidir. Açıq qəhvə və ya gümüş qəhvə rəngli ola bilər. Burnunuz azacıq dimdik kimi və bir az da sivridir. Sizin gərdəniniz erkən yaşlarda meydana çıxmağa başlayacaq. Əl və ayaqlarınız da kiçikdir. Yaşınız irəlilədikcə göbək qisimlərində yağlanma gözə dəyəcək. Sizin ən diqqətə çarpan xüsusiyyətiniz yeriməyinizdir. Dərhal diqqəti çəkər.



Populyar Xəbərlər

XƏBƏR LENTİ