Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Alov görmək

Tarix: 9 Fevral 2016 22:00


Yuxuda alovla mübarizə aparmaq o deməkdir ki, əgər həyatda varlanmaq istəyirsinizsə, böyük səy və enerji sərf etməlisiniz.


Yuxuda alov görmək yaxşı əlamətdir, bir şərtlə ki, özünüz bu odda yanmayasınız. Bu yuxu dənizçilər, səyahətçilər üçün davamlı rifah deməkdir. Yuxuda evinizin yandığını görmək sevimli dostlar və tərbiyəli uşaqlara işarədir. Əgər sahibkar mağazasının yandığını görübsə, bu faydalı işlərin inkişafına işarədir. Alovla mübarizə aparmaq və onu alışmağa qoymamaq narahat işlərə işarədir. Öz mağazanızın (anbar) yanan divarlarını görmək uğursuzluğa işarədir. Siz işlərinizdəki uğursuzluğa görə apardığınız mübarizəni dayandırmalı olacaqsınız, lakin tale gözlənilmədən üzünüzə güləcək. Yuxuda yanğın törədirsinizsə, sizi xoş, gözlənilməz xəbərlər gözləyir. Uzaqda yaşayan dostlarınıza baş çəkə biləcəksiniz. Böyük yanğın dənizçilər üçün uğurlu və təhlükəsiz üzməyə işarədir. Ədəbiyyatçılara bu uğur, şöhrət, işgüzar adamlara isə işlərində sonsuz uğurlara işarədir.


Yuxuda alova bürünmüş kağız vərəqi görmək Yer kürəsində bütün meşələri məhv edəcək güclü yanğına işarədir. Planetin əhalisi ağaca, kağıza və əlbəttə ki, havaya kəskin ehtiyac hiss edəcəklər. Yuxuda yerə yaxınlaşan alov görmək gələcəkdə Yerə böyük meteorit və ya kometin düşməsi təhlükəsi yaranacaq. Ola bilsin ki, bu kosmik hadisə Yür kürəsinin bir çox şəhərlərinə güclü zərbə vursun və böpyük sayda insan həyatını məhv etsin. Əgər yuxuda alov pis qoxu veririsə, onda yaxın vaxtlarda sizə düşmənlərinizin barənizdə pis şaiyələr yaydıqları məlum olacaq. Siz düşmənlərinizin fitnə-fəsadlarını aradan qaldırmaq, ətrafdakıların gözündə öz şərəf və ləyaqətinizi bərpa etmək üçün çox çalışmalı olacaqsınız. Yuxuda odda qızınmaq real həyatda həmişə çətin məqamda anlaşılacağı və ailə üzvlərinin dəstəyini qazanacağını bilən çox xoşbəxt insan olduğunuzu göstərir. İnanın ki, bu, hər adama qismət olmur,ona görə də öz yaxınlarınızı qiymətləndirin. Yuxuda sobadakı alovu müşahidə etmək evinizi böyük yanğın təhlükəsinin gözlədiyi deməkdir. Odla ehtiyatlı olun, əks halda evsiz qalacaqsınız. Yuxuda yanna şamın kiçik alovunu görmək yaxşı əlamətdir. Sizin Alalaha inamınız və bütün ilahi qanunlara riəyət etməyiniz həyatınızda əks olunacaq. Siz sülh, dinclik, xoşbəxtlik və sevgi tapacaqsınız. Yuxuda alovun qoynuna aldığı şəhər və ya meşə görmək gələcəkdə planeti dəhşətli quraqlıq gözlədiyi deməkdir. Vaxt gələcək ki, insanlar içməyə bir damcı su tapmayacaqlar və onda bir neçə gecə və gündüz davam edəcək güclü yağışlar yağacaq, adamlara çoxdan gözlədikləri suyu gətirəcək, okesnları, dəniz və gölləri su ilə dolduracaq. Bu quraqlığı yaşayan hər bir kəs bir daha təbiətə ziyan vurmayacaq, çünki adamlara işarı ediləcək ki, quraqlıq Allaha inamsızlıq, dindən üz döndərilməsi və ətraf mühitə amansız münasibətin əvəzində göndərilib.


Etiketlər:  Yuxuda Alov görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR