Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Açar görmək

Tarix: 9 Fevral 2016 22:01


Açar problemin həlli üçün asan yollar tapmaq istəyidir. Yuxuda qapını açarla açmaq – gələcəkdə bütün sahələrdə böyük kəşflər olacağına işarədir.Ola bilsin ki, zaman maşını icad olunacaq ki, insanlar bunun vasitəsilə keçmiş və gələcəyə səyahət edə biləcəklər. Belə yuxunu görən insan çox çətin vəziyyətə düşəcək. Yuxuda açar tapmaq –sizi böyük işlər gözlədiyinə işarədir. Vəzifə yüksəlişi gözlənilir və bunun sayəsində ailənizin maddi vəziyyətini yaxşılaşdıra biləcəksiniz.Ola bilsin ki, həyatınızı yaxşılığa doğru dəyişəcək insanla tanış olacaqsınız. Yuxuda açar sındırmaq – Yer kürəsi sakinlərini kosmik qəza haqqında qorxunc xəbərlər gözləyir.Hər şeydən əvvəl bu qəzada kosmik stansiyalara ziyan dəyəcək. Yuxuda bir dəstə açar görmüsünüzsə, gələcəkdə bir çox ölkələrə maraqlı səyahətlər gözlənilir. Bu səyəhatdə nəinki vaxtını xoş keçirəcəksiniz, eləcə də çoxlu yeni və maraqlı məlumatlar əldə edəcəksiniz.Yuxuda iki açar görmək hadisələrin gözlənilməz dəyişikliyinə işarədir. Yuxuda kimsə sizə öz açarını verirsə, bu çətin vəziyyətdə gözlənilməz köməyə işarədir.Yuxuda qızıl açar görmək – həqiqət axtarışında göstərdiyiniz bütün səylər mükafatlandırılacaq. Yuxuda evinizin açarını axtarmısınızsa, bu, həyatda şəxsi problemlərin həllini tapmağa çalışdığınıza işarədir.


Etiketlər:  Yuxuda Açar görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ