Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxuda Ad günü görmək

Tarix: 9 Fevral 2016 22:01


Yuxuda ad günü keçirmək o deməkdir ki, siz gündəlik qayğılardan yorulmusunuz, özünüzü işlərdən ayıraraq istirahət etmək və dostlarla ünsiyyətdə olmaq istəyirsiniz və belə imkan tezliklə ələ düşəcək. Əgər yuxuda ad gününüzü təbrik edirlərsə, bu həyatda yaxın adamlarınızın sizə diqqətinin az olduğundan xəbər verir, lakin tezliklə vəziyyət dəyişəcək. Kiminsə ad gününü qeyd etmək o deməkdir ki, rəqibləriniz peyda olub, onlar dedi-qodular yayaraq sizə xələl yetirəcəklər. Əgər ad gününüzü təbrik etməyi unudublarsa, bu sizin nalayiq hərəkət edəcəyinizə və bundan peşman olacağınıza işarədir.


—-


Ad günü haqqında yuxunun iki variantı var. Birinci – hamı bilir ki, sizin ad gününüzdür. Ola bilsin ki, qonaqlıq və ya sadəcə dostların təbriki (BAYRAMLAR) yuxunuza girəcək. İkinci variant – hamı sizin ad gününüzün olduğunu unudub.İkinci variant cəmiyyətdə öz mövqeyinizi yüksəltmək cəhdinizdən xəbər verir.Bu yuxunu görmək üçün aşağıdakı elementlər müəyyənedici rol oynaya bilər.Kimi qarşılayırsınız, sizin ad gününüzə necə reaksiya verirlər. Siz şübhəsiz ki,özünüzü cəmiyyətdə artıq hesab edirsiniz, ətrafdakıların diqqətinə ehtiyacınız var. Ad gününüzü xatırlatmaq istəmirsinizsə, deməli, yuxunuzda gördüyünüz insanların sizə böyük diqqət ayırmasını istəyirsiniz. Əgər ad gününüz haqqında demisinizsə və adamlar üzrlü səbəblərini gətirməyə tələsiblərsə, ola bilsin ki, onların sizinlə əlaqəsi kifayət qədər yaxşı deyil. Sizə hansı hədiyyə veriblər?


Etiketlər:  Yuxuda Ad günü görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ