Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Aktyorlar görmək

Tarix: 9 Fevral 2016 22:01


Yuxuda aktrisa görmək – xoş hadisələrdən və ətrafdakılar tərəfindən bəyənilməkdən xəbər verir. Onu dağda görmək o deməkdir ki, siz dostunuza sevinclə kömək edəcəksiniz, onu borclardan, qayğılardan azad etməklə xoşagəlməz hadisələrdən uzaqlaşdıracaqsınız. Əgər yuxuda özünüzü aktrisa kimi təsəvvür edirsinizsə, onda həyatda iş axtarmağa məcbur olacaqsınız, lakin ağır işləriniz sizə sevinc gətirəcək. Əgər yuxuda aktyor və ya aktrisaya vurulduğunuzu görmüsünüzsə, onda qabiliyyət və bacarığınız sizə yorulmadan, məmnuniyyətlə işləməyə yardım edəcək. Yuxuda ölü aktyor və ya aktrisa görmək böyük bədbəxt hadisə nəticəsində planlarınızın alt-üst olacağına işarədir. Avara, kasıb aktyor görmək işlərinizin mənfi tərəfə dəyişiləcəyinə xəbərdarlıqdır. Rahatlıqdan zövq alanlar üçün evdə bəzi dəyişikliklərin olacağına işarədir. Gənc qadın yuxuda aktyorla nişanlanır və yaxud onunla ailə qurursa, bu, peşmançılığa işarədir. Kişi yuxuda aktrisa ilə əylənirsə, bu o deməkdir ki, onunla arvadı, yaxud sevgilisi arasında söz-söhbət olacaq. Yuxuda səhnədə həvəskar aktyor görmək tezliklə sizə sevinc gətirəcək planlarınızın həyata keçməsindən xəbər verir. Səhnədə faciə görmək pis hadisənin olacağına işarədir.


Etiketlər:  Yuxuda Aktyorlar görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ