Tarix: 9 Fevral 2016 22:34
Yuxuda konfet hazırlamaq real həyatda zəhmətsevərlik, böyük səylər nəticəsində maddi vəziyyətinizin yaxşılaşacağına işarədir. Yuxuda yumşaq, xırt-xırt edən konfet yemisinizsə, bu istər gənc, istərsə də yaşlı nəslin nümayəndələrinə sevgi əlamətidir. Turş konfet xəstəliyə işarədir və yaxud peşmançılıq və qıcıqlanma əvvəlki hüdüdsuz etibarı sındıracaq. Konfet qutusu hədiyyə almaq gənc insana nəyisə inadlı, eyni zamanda, zorla qoparmağa çalışmağı vəd edir. Adətən, belə yuxu çiçəklənməyə işarədir. Əgər özünüz kiməsə konfet qutusu göndərmisinizsə, tezliklə təklif edəcəksiniz (iş və ya evlilik haqqında), lakin sizi məyusluq gözləyir: ümidləriniz gerçəkləşməyəcək.